Əsas Səhifə > Güney Press > Zelenski seçkiyə getməkdən qorxur, yoxsa?..
Zelenski seçkiyə getməkdən qorxur, yoxsa?..Bu gün, 05:15 |
|
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə müharibə dövründə seçkilərin keçirilməsi çağırışlarını rədd edib. "DİA-AZ" xəbər verir ki, o, bunu Rusiyanın ölümcül hücumlarının artdığı dönəmdə Ukraynanı bölə biləcək sunami adlandırıb.
“İndi seçkilər dövlət üçün sunami ola bilər. O, Ukraynanı böləcək. Buna görə də mənim strategiyam ölkəni müharibənin sonuna gətirmək və dövlətin müstəqilliyi və suverenliyini qorumaqdır” - deyə Zelenski avqustun 22-də jurnalistlərə deyib.
Ukraynada seçkilərin keçirilməsi fikri bir müddət öncəki işdən çıxarılması etirazalara səbəb olmuş keçmiş müdafiə naziri Mixail Fedorov tərəfindən irəli sürülüb. Onun avqustun 21-də yayılan videosunda müharibə dövründəki korrupsiyadan, idarəçilikdə sistematik böhranın yaran biləcəyinə bəhs edib və ölkənin müharibəyə rəğmən seçkilərin keçirilməsi üçün yol tapmalı olduğunu deyib.
Zelenskinin açıqlaması Kiyevdə keçirilən NB8-Ukrayna sammiti ərəfəsinə təsadüf edib. Sammitlə əlaqədar Ukraynaya Danimarka, Estoniya, Finlandiya, Latviya, Litva, Norveç liderləri gəliblər. Ukrayna lideri həmçinin Rusiyanın ballistik raket istehsalını genişləndirməyə çalışdığını deyib:
“İndi onların illik istehsalı 600-630-dur. Biz təxminən belə başa düşürük ki, onlar indidən qışın sonuna qədər... hər ay təxminən 100 ballistik raket istehsal edə bilərlər. Lakin indi onlarda hələ bu qədər yoxdur”.
Geri qayıt |