Əsas Səhifə > Güney Press > Tramp İrlandiyaya gəlir

Tramp İrlandiyaya gəlir


Bu gün, 03:49

ABŞ Prezidenti Donald Tramp gələn ay İrlandiyaya səfər edərək özünün Doonbegdəki qolf meydançasında keçiriləcək “Irish Open” turnirini izləyəcək.

“New York Post”un məlumatına görə, Tramp sentyabrın 12-13-də İrlandiyada olacaq.

Səfər zamanı ABŞ səfirliyinin əməkdaşları və biznes nümayəndələri ilə görüşlər də nəzərdə tutulur.

Səfərin əsas hissəsinin Trampın İrlandiyanın Klar qraflığının Danbis şəhərində yerləşən “Trump International Golf Links & Hotel” kompleksində keçirilməsi gözlənilir.


Geri qayıt