Əsas Səhifə > Güney Press > “Falcon Finance”ın cəmi gəliri AZALIB
“Falcon Finance”ın cəmi gəliri AZALIBBu gün, 17:45 |
|
“Falcon Finance” BOKT 2026-cı ilin ilk yarısında 357 min manat xalis mənfəət əldə edib. Təşkilat 2025-ci ili 61,6 min manat xalis zərərlə başa vurmuşdu.
Kommersant.az xəbər verir ki, hesabat dövründə əsas gəlir mənbəyi olan xalis faiz gəliri 27% azalaraq 858 min manata düşsə də, inzibati və digər əməliyyat xərclərinin 60,3% azalaraq 468,4 min manata enməsi nəticəyə əsas təsir göstərib. BOKT-un cəmi gəlirləri 1 milyon 59 min manat təşkil edib və 2025-ci ildəki 1 milyon 817 min manatla müqayisədə 41,7% azalıb. Cəmi xərclər isə 702,3 min manat olmaqla 1 milyon 878 min manatdan 62,6% aşağı düşüb. Nəticədə gəlirlərin xərcləri qarşılama əmsalı 2025-ci ildəki 96,7%-dən 2026-cı ilin ilk yarısında 150,7%-ə yüksəlib. Faiz gəlirləri 42,1% azalaraq 1 milyon 45 min manata düşüb, faiz xərcləri isə 44,8% azalaraq 187,5 min manat olub. 30 iyun 2026-cı il tarixinə “Falcon Finance”ın cəmi aktivləri 7 milyon 246 min manat olub ki, bu da 2025-ci ilin sonundakı 7 milyon 418 min manatla müqayisədə 2,3% azdır. Aktivlərin 91,3%-ni müştərilərə verilmiş kreditlər təşkil edib. Kredit portfeli 6 milyon 617 min manat olmaqla illik müqayisədə 5,7% azalıb; 2025-ci ilin sonunda bu göstərici 7 milyon 15 min manat idi. Kredit portfelinin aktivlərdə payı da 94,6%-dən 91,3%-ə enib. BOKT-un cəmi öhdəlikləri 4 milyon 907 min manat təşkil edərək 2025-ci ilin sonundakı 5 milyon 436 min manatla müqayisədə 9,7% azalıb. Cəmi kapital isə 2 milyon 340 min manata yüksələrək 18% artıb. Bölüşdürülməmiş mənfəət 1 milyon 340 min manat olub və illik müqayisədə 36,4% artıb. Nizamnamə kapitalı dəyişməyərək 1 milyon manat səviyyəsində qalıb. “Falcon Finance”ın 1 iyul 2026-ci il tarixinə 32 əməkdaşı olub. “Falcon Finance” MMC 27 may 2013-cü ildə dövlət qeydiyyatına alınıb. BOKT payçıları Tağıyev Vüsal Nizami oğlu və Salmanova Brilyant Mirhəbib qızıdır; onların hər birinin payı 50%-dir. Geri qayıt |