Əsas Səhifə > Güney Press > Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir

Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir


Bu gün, 15:11

“Rusiya televiziyaları siyasi atmosferi çirkləndirməklə məşğuldur. Rusiyanın çirklənmiş mediası və televiziyalarının anti-Azərbaycan təbliğatı yeni deyil. Belə aqressiv ritorika ötən əsrin 90-cı illərindən mərhələlərlə davam edib”.

Bu fikirləri Sherg.az-a açıqlamasında Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli anti-Azərbaycan mövqeyi ilə məşhur olan siyasi şərhçi Aleksandr Duqinin “Rusiya uzun müddət çox nəzakətlə davranıb, artıq sərt hərəkət etməliyik”, cümləsinin arxasında hansı fikirlər dayandığını şərh edərkən deyib. Birlik sədri vurğulayıb ki, Rusiya mediasının aqressiv hücumları 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı daha da kəskinləşmişdi:

- Rusiya anti-Azərbaycan təbliğat maşınını yenə işə salıb. İmperiya, hegemonluq iddiaları qanına hopmuş və parallel olaraq bütün cəbhələrdə uduzan Şimal qonşumuz qəzəb, hiddət içindədir. Ukrayna cəbhəsində strateji cəhətdən uğursuzluq, beynəlxalq sanksiyalar, Mərkəzi Asiyada və Cənubi Qafqazda bir çox təsir rıçaqlarını itirməsi və digər amillər Moskvanın vəziyyətini daha da ağırlaşdırıb. Həmçinin bu ölkə daxilindən çökür. Rusiyanın ərazisində yaşayan müxtəlif xalqlar, həmçinin yerli ruslar müharibənin ağırlığını öz gündəlik həyatlarında hiss edirlər. Bu gün inzibatı resursların, işgəncələrin qorxusundan səsiz qalan kütlənin sabah nə edəcəyini bilmək olmur. Ümumiyyətlə, aqressiv, incidilmiş kütlənin gücünü hesablamaq çox çətindir. O baxımdan Rusiya və onların təlimatlandırdığı, çirklənmiş media, televiziyalar problemlərini öz yanlış siyasətlərində, imperiya ambisiyalarında axtarmalıdır. Düşünürəm ki, Ukrayna bataqlığında ilişib qalmasaydı Rusiya Cənubi Qafqazla bərabər Mərkəzi Asiya respublikarı ilə daha aqressiv davranacadı. Amma Kremlin əl-qolunu bağlayan Ukrayna müharibəsidir. Görünən odur ki, Moskva strateji məğlubiyyəti ilə barışmadığı kimi, öz imperiya təfəkküründən də əl çəkmək istəmir. Rusiyanın irticaçı beyni sayılan Aleksandr Duqin dəfələrlə qeyd edib: “Rusiya uzun müddət çox nəzakətlə davranıb, artıq sərt hərəkət etməliyik”. Rus ideolarının təhlükəli tezislərini və həmçinin televiziyalarının siyasi atmosferi çirkləndirən verilişlərini diqqətdən kənarda saxlamaq olmaz.


Geri qayıt