Əsas Səhifə > Güney Press / Ana xəbər > Keçmiş məhbusun atasının adına olan torpağı kimlər xırıd edib?

Keçmiş məhbusun atasının adına olan torpağı kimlər xırıd edib?


1-07-2014, 16:49
Keçmiş məhbusun atasının adına olan torpağı kimlər xırıd edib?
Keçmiş siyasi məhbus, müstəqil jurnalist Fuad Hüseynov prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova müraciət edib.

DİA.AZ bildirir ki, “Qafqazinfo”ya daxil olan müraciətdə o DƏDRX-nin 16-saylı ərazi idarəsinin rəisi Ədalət Cabbarovu cinayət məsuliyyətinə cəlb edərək barəsində təsirli tədbirlər görülməsi qeyd edilir. F. Hüseynov bildirib ki, Ucar rayonunun Azərbaycan küçəsi ərazisində atası Hüseynov Oktay Qəfər oğluna məxsus 136 kvadratmetr ölçüsü olan torpaq sahəsi qeyri-qanuni olaraq başqa şəxsə satılıb: “Bu qanunsuzluq Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16- saylı ərazi idarəsinin rəisi Ədalət Cabbarov tərəfindən edilib. Həmin torpaq sahəsi atama 1997-ci idə Ucar rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə verilmiş, 25.04.2005-ci il tarixdə Ucar bələdiyyəsindən alınmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar ərazi idarəsində qeydiyyata götürülüb. Hər bir qanunu sənədlərimiz var. Bütün bunlara baxmayaraq atama məxsus həmin torpaq sahəsi rayon sakini Qasımov Etibar Sırac oğlunun adına Reyestr idarəsinin rəisi Ədalət Cabbarov tərəfindən sənədləşdirilib. Bundan sonra həmin şəxs torpaq sahimizdə tikinti işlərinə başlamasına cəhd göstərib. Şikayətimizdən sonra Ucar bələdiyyəsinin müdaxiləsi ilə qanunsuz tikinti dərhal dayandırılıb. Ucar bələdiyyəsi və Torpaq və Xəritəçıkmə Komitəsinin Ucar rayon şöbəsi bunun tam qanunsuz olduğunu bildirirlər”.

Şikayətçi bildirir ki, atası 20.02.2014 tarixində dünyasını dəyişib. “Qanuna əsasən şəxsin ölümündən 6 ay sonra onun mülkiyyəti üzərində sahiblik hüququ yaxın qohumuna keçməlidir və müvafiq orqanlar tərəfindən bu istiqamətdə sənədləşdirmə aparılmalıdır. Qeyd edim ki, DƏDRX-nin 16-saylı ərazisi idarəsinin rəisi Ədalət Cabbarov rayon sakini Kütah Əliyevanın da torpaq sahəsini həmin Qasımov Etibar Sırac oğlunun adına qanunsuz olaraq qeydiyyata salıb. Biz də, Kütah Əliyeva da DƏDRX-nin 16-saylı ərazi idarəsinin rəisi Ədalət Cabbarovun bu qanunsuz əməlləri barədə mərkəzi orqanlara şikayət ərizələri ilə müraciətlər etmişik. Bu açıq-aşkar cinayət faktıdır ki, Ədalət Cabbarov vəziəfə səlahiyyətlərindın sui-istifadə edərək bunu törədib.Onun bu əməli Azərbaycan Respublikası CM-nin 308,309,313-cü maddələrinin tərkibini yaradır”.

Geri qayıt