Əsas Səhifə > Güney Press > Rusiyadan kütləvi QAÇIŞ BAŞLADI:
Rusiyadan kütləvi QAÇIŞ BAŞLADI:Bu gün, 14:17 |
|
Son həftələrdə Rusiya vətəndaşları tərəfindən Ermənistanın paytaxtı İrəvanda mənzil kirayəsi və alışına olan tələbat nəzərəçarpan dərəcədə artıb. Musavat.com xəbər verir ki, bu barədə “Vyorstka” nəşrinə istinadən Ermənistanın daşınmaz əmlak agentləri (rieltorlar) məlumat veriblər. Bazar iştirakçılarının sözlərinə görə, Ermənistan paytaxtındakı mənzillərə maraq Rusiyada yeni qanunvericilik təşəbbüsləri barədə xəbərlərdən sonra yüksəlib. Müraciətlərin böyük əksəriyyəti Ermənistana köçmək və ya orada uzunmüddətli yaşamaq imkanlarını nəzərdən keçirən Rusiya vətəndaşlarından daxil olur. Daşınmaz əmlak mütəxəssisləri bildirirlər ki, potenasial kirayəçilər və alıcılar əsasən İrəvandakı mənzillərlə maraqlanır, kirayə qiymətlərini, əqdlərin rəsmiləşdirilməsi şərtlərini və tez bir zamanda köçmək imkanlarını dəqiqləşdirirlər. Mütəxəssislər artan tələbat nəticəsində son üç ay ərzində Ermənistan paytaxtında kirayə qiymətlərinin təxminən 30 faiz bahalaşdığını vurğulayırlar. İrəvanda daşınmaz əmlak seçimi üzrə mütəxəssislərdən biri mövcud vəziyyəti belə şərh edib: “Hazırda sentyabr ayı üçün çoxlu sayda müraciət alıram. Düşünürəm ki, seçkilərdən əvvəl ölkədən getmək istəyirlər. Bu səbəbdən sentyabrda qiymətlərin bir qədər də artacağı gözlənilir”. Geri qayıt |