Əsas Səhifə > Güney Press > Müqtəda əs-Sədr SEPAH-a
Müqtəda əs-Sədr SEPAH-aBu gün, 13:01 |
|
İraqın “Sədr” hərəkatının lideri Müqtəda əs-Sədr ölkəsinin suverenliyinin qorunmasına və İraqın regional münaqişələrə cəlb edilməsinin qarşısının alınmasına çağırıb. Teleqraf xəbər verir ki, bu məqsədlə o, İran İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) İraq ərazisini hədəf almamağı istəyib. Əs-Sədr bildirib ki, İraq ərazisi İrana qarşı hücumlar üçün istifadə olunmayıb: “Müqəddəs İraq torpağı İrana qarşı hücumların başlanğıc nöqtəsi olmayıb. Buna görə də SEPAH-dakı qardaşlardan müstəqil və müqəddəs torpağımızı hədəf almamağı xahiş edirəm”. “Sədr” hərəkatının lideri dövlətin nəzarətindən kənar silahlı qrupları körfəz ölkələrinə İraqı hədəfə almaq üçün bəhanə verməməyə çağıraraq, bütün tərəflərin qardaşlıq və sülh ruhunu qorumasının vacibliyini qeyd edib. Əs-Sədr dövlətlərin ABŞ və İsrailin regionu müharibəyə sürükləməyə yönəlmiş planlarına aldanmamalı olduğunu iddia edib. Həmçinin o, İraq hökumətini də ölkədə təhlükəsizliyi təmin etməyə, dövlətin suverenliyini möhkəmləndirməyə, vətəndaşların həyatını və müqəddəs məkanları qorumaq, məzhəblərarası qarşıdurmaların qarşısını almaq üçün qəti addımlar atmağa çağırıb. Geri qayıt |