Əsas Səhifə > Güney Press > Sazonovun avtomobili partladıldı
Sazonovun avtomobili partladıldıBu gün, 15:08 |
|
Bu gün Odessada Ukrayna Hərbi Dəniz Qüvvələri komandanlığı qərargahının logistika idarəsinin operativ şöbəsinin baş zabiti Vyaçeslav Sazonovun olduğu avtomobil partlayıb. Axar.az xəbər verir ki, bu barədə rusiyalı hərbi jurnalist Aleksandr Kots məlumat yayıb. “O, BMV X5 markalı avtomobilini işə salan kimi ön sol təkərin üstünə qoyulmuş partlayıcı qurğu işə düşüb. Partlayış zamanı sürücü sağ qalsa da, müxtəlif dərəcəli xəsarətlər alıb. Ukrayna Hərbi Dəniz Qüvvələri komandanlığı qərargahının logistika idarəsinin operativ şöbəsi donanmanın yanacaq, ərzaq və sursat da daxil olmaqla, bütün zəruri təminatına cavabdehdir. Bu gün isə həm də mülki liman infrastrukturunun təhlükəsizliyindən məsuldur. Sazonova qarşı sui-qəsdin agentlərimiz tərəfindən təşkil olunmasını çox istərdim. Sadəcə gəmilərə və limanlara hücum etmək kifayət deyil. Ukrayna Hərbi Dəniz Qüvvələrindəki əsas fiqurları oyundan çıxarmaq lazımdır. Başına zərbə vur, qalanı özü dağılacaq. Bu gün Sazonov şanslı idi. Ümid edirik ki, onun avtomobilinin partladılması yalnız ilk xəbərdarlıq siqnalıdır”, - o bildirib. Geri qayıt |