Əsas Səhifə > Güney Press > Dövlət Reklam Agentliyi auditor seçir
Dövlət Reklam Agentliyi auditor seçirBu gün, 12:20 |
|
Dövlət Reklam Agentliyi 2025-2026-cı illər üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib. "Report" xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır. İddiaçılar təkliflərini avqustun 14-nə qədər Agentliyin Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 24 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Təkliflərə avqustun 14-də, saat 09:20-da qeyd olunan ünvanda baxılacaq. Ötən il də bu tenderin qalibi "RSM Azerbaijan" MMC olub. Şirkətə 34 min manat ödənilib. Geri qayıt |