Əsas Səhifə > Güney Press > Ermənilər Gümrüdən Türkiyəyə dəmir yolu ilə getdilər
Ermənilər Gümrüdən Türkiyəyə dəmir yolu ilə getdilərBu gün, 11:23 |
|
Gümrü-Qars dəmir yolu praktiki olaraq istifadəyə verilib. "Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. Ermənistan və Türkiyə dəmir yolunun bərpası ilə bağlı razılığa 2025-ci ilin sentyabr ayında gəliblər. Artıq 28 aprel 2026-cı ildə Qarsda Gümrü-Qars dəmir yolunun bərpası və istismarı üzrə Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilib. Bölgədə nəqliyyat kommunikasiyalarının genişləndirilməsi kontekstində tərəflər Gümrü-Qars dəmir yolunun tezliklə istifadəyə verilməsinin vacibliyini vurğulayıblar. Mayın 7-də Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə dəmir yolunun yenidən işə salınması üçün texniki qiymətləndirmə işlərinin aparıldığını açıqlayıb. Jurnalist mübadiləsi proqramı çərçivəsində Türkiyəyə səfər edən bir qrup erməni jurnalistə dəmir yolunun işə salınması üçün Türkiyə tərəfində hansı işlərin görüldüyünü yerində öyrənmək imkanı verilib. Erməni jurnalistlər qrupu Qars şəhərindən Akyaka şəhərinə qatarla səyahət edib. Təxminən 57 kilometrlik səyahət təxminən 50 dəqiqə çəkib. Akyaka stansiyasından Gümrüyə dəmir yolu ilə cəmi 18-20 kilometr məsafə var və bu məsafəni 30-40 dəqiqəyə qət etmək mümkündür. Lakin sərhəd bağlı olduğundan, hazırda Akyakadan Gümrüyə getmək mümkün deyil. Bundan əlavə, Akyakadan Gümrüyə gedən quru yolu üçün tender də elan edilib. Geri qayıt |