Əsas Səhifə > Güney Press > Şirkətin İdarə Heyətinin sədrinin seçilməsi müzakirəyə çıxarılır
Şirkətin İdarə Heyətinin sədrinin seçilməsi müzakirəyə çıxarılırBu gün, 10:23 |
|
“Bakı Çinar Soyuducuları” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 15 sentyabr 2026-cı il tarixində saat 10:30-da keçiriləcək. "DİA-AZ" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi 27k ünvanında yerləşən “Kristal” şadlıq sarayında baş tutacaq.Yığıncağın gündəliyinə ASC-nin icra orqanının (sədrinin), Müşahidə Şurasının və Təftiş Komissiyasının üzvlərinin seçilməsi, cəmiyyətin idarəetmə orqanının 2025-ci il üzrə illik hesabatının müzakirəsi, eləcə də digər məsələlər daxildir. Qeyd edək ki, “Bakı Çinar Soyuducuları” ASC 28 mart 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1 milyon 781 min 580 manat təşkil edir. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, ev 4-də yerləşən cəmiyyətin İdarə Heyətinin sədri Eytibar Abdullayevdir. Geri qayıt |