Əsas Səhifə > Güney Press > Pentaqon pilotsuz aparat istehsalını artırmaqda çətinlik yaşadığını etiraf edib

Pentaqon pilotsuz aparat istehsalını artırmaqda çətinlik yaşadığını etiraf edib


Bu gün, 07:07

ABŞ Müdafiə Nazirliyi ölkədə pilotsuz uçuş aparatlarının istehsalının genişləndirilməsi prosesinin mürəkkəb mərhələdə olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Pentaqonun pilotsuz sistemlər proqramının rəhbəri Trevis Mets "Reuters" agentliyinə bildirib.

Onun sözlərinə görə, dəyəri 1,1 milyard dollar olan proqram çərçivəsində gələn ilin fevralınadək ümumilikdə 200 minə yaxın pilotsuz uçuş aparatının sifariş edilməsi planlaşdırılır.

Mets qeyd edib ki, ABŞ-də hərbi pilotsuz aparatların yalnız Amerika istehsalı olan komponentlərdən hazırlanmasını tələb edən yeni qaydalar istehsalın sürətlə artırılmasını əhəmiyyətli dərəcədə çətinləşdirib.

Bundan əvvəl "The New York Times" qəzeti Rusiya və Çinin yüksək texnologiyalı pilotsuz uçuş aparatlarının hazırlanması sahəsində ABŞ-ni qabaqladığını yazmışdı


Geri qayıt