Əsas Səhifə > Güney Press > “AzSığorta” ikinci rübdə zərər etdiyini açıqladı
“AzSığorta” ikinci rübdə zərər etdiyini açıqladıBu gün, 17:16 |
|
“AzSığorta” ASC 2026-cı ilin ilk yarısını 376 min manat xalis zərərlə başa vurub. Banker.az xəbər ki, bu, illik müqayisədə mənfəətdən zərərə keçid deməkdir. Halbuki, 2025-ci ilin eyni dövründə bu göstərici 673,6 min manat mənfəət təşkil edib. 2026-cı ilin birinci rübünü 275 min manat xalis mənfəətlə başa vurmuşdu. Beləliklə təkcə ikinci rüb ərzində 651 min manat zərər edib. Hesabat dövründə şirkətin ümumi gəlirləri 5,4 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25% azdır. Ümumi xərclər isə 5,8 milyon manat təşkil edib və illik müqayisədə 9% azalıb. Şirkətin biznes portfeli üzrə hesablanmış sığorta haqları 3,7 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21% azdır. Sığorta ödənişləri 789,4 min manat təşkil edərək 26% azalıb, zərərlilik dərəcəsi isə 21,1%-dən 17,8%-ə enib. Əmlak sığortası üzrə hesablanmış haqlar 3,4 milyon manat, ödənişlər 699,8 min manat, zərərlilik dərəcəsi 20,6% olub. 2026-cı il iyunun 30-na şirkətin investisiya portfelinin həcmi 23,3 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 7,7% azdır. Portfelin əsas hissəsi 16,4 milyon manat istiqrazlardan, 6,5 milyon manat depozitlərdən və 364,6 min manat səhmlərdən ibarət olub. Hesabat dövründə investisiya gəlirləri 1,4 milyon manat təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 22,7% artıb. Geri qayıt |