Əsas Səhifə > Güney Press / Üçüncü sektor / Manşet > DİM-dən “sənət qətliamı"
DİM-dən “sənət qətliamı"Bu gün, 16:27 |
Məlum olduğu kimi, iyulun 26-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanları keçirilib. Lakin bu imtahan həm abituriyentlər, həm də müəllim-valideyn kontingenti tərəfindən “sənət qətliamı” kimi yadda qalıb. Buna səbəb imtahan suallarının son dərəcə ağır olması, eləcə də məntiqdənkənar tərtibi nəticəsində abituryentlərin imtahandan kütləvi şəkildə kəsilməsidir.Milli musiqiyə arxa çevirən DİM-in əcnəbi musiqi sevgisi Ulu Öndər irsinə də ziddir.26 iyun tarixində keçirilən imtahana salınan suallarla bağlı ən böyük çoxsaylı narazılıqlar var ki, bunlardan da biri imtahana Azərbaycanın musiqi nəhəngləri ilə bağlı çox az sualın salınması, əksər sualların xarici bəstəkar və musiqiçilərlə bağlı olmasıdır. Nə qədər qəribə və məntiqdənkənar olsa da, DİM dünənki imtahanda Azərbaycanın musiqi tarixinə, musiqi karifeylərinə nəzər salmağa lüzum görməyib. Bunun əvəzinə, abituriyentləri əcnəbi musiqiçilərlə bağlı çoxsaylı suallarla sınağa çəkib ki, bu sualların əksəriyyəti olduqca mürəkkəb, ən hazırlıqlı abituriyentin belə səviyyəsini aşacaq dərəcədə çətin olub. Təkcə bir faktı qeyd edək ki, 20-yə yaxın sual əcnəbi bəstəkarların əsərləri ilə bağlı dinləmələrdən ibarət olub. Bu dinləmələr isə həmin bəstəkarların o qədər də məşhur olmayan əsərlərindən – müxtəlif pərdə və hissələrdən salınıb. Nəticədə, abituriyentlərin böyük əksəriyyəti imtahandan kəsilib, müəllim və valideylər məyus olub.Bəzi valideynlər hesab edirlər ki, DİM-in imtahan suallarını bu qədər ağır təşkil etməsi, sualların əksəriyyətinin xarici musiqiçilərlə bağlı olması bu qurumun milli musiqiyə, eləcə də milli musiqinin inkişfını hər zaman diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev və Mehriban xanım Əliyevanın siyasətinə ziddir.Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva hər zaman milli musiqinin inkişafını diqqət mərkəzində saxlayıb, muğamlarımızın beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm layihələrə imza atıb. Prezident İlham Əliyev də daim milliliyə böyük önəm verib ki, bütün sahə və müstəvilərdə bu faktora sadiqliyin vacibliyini vurğulayıb.DİM qabiliyət imtahanında 10 bal alan gənc istedadları da “ağlar qoydu”26 iyul tarixli imtahanla bağlı müşahidə edilən eybəcərliklərdən biri də DİM-in qabiliyyət imtahanında maksimum qiymət – 9-10 bal alan gənc istedadları da “ağlar qoyması”, onların ali təhsil arzularına divan tutmasıdır. Halbuki, bu cür gənclərin universitet təhsili alması musiqi sənətimizin inkişafı, elmi biliklərə yiyələnən savadlı musiqiçilərin yetişdirilməsi baxımından həyati əhəmiyyətə malikdir. Lakin görünən odur ki, Azərbaycan musiqisinin gələcəyi DİM üçün elə də maraq kəsb etmir. Əgər belə olmasaydı, DİM bu cür gəncləri ağır nəzəri suallarala “bədbəxt” edib onların universitetə gedən yollarını bağlamazdı.Məlumat üçün qeyd edək ki, artıq onların bir çoxu indidən milli musiqi sənətimiz üçün itiriliş hesab edilə bilər. Çünki universitetə daxil ola bilməyən bu gənclərin bir qismi həqiqi hərbi xidmətə yola düşəcək ki, il yarımdan sonra onların yenidən özlərində güc taparaq təkrar DİM-ə etimad göstərəcəkləri inandırıcı görünmür.Qabiliyyətdən yüksək bal alanlar nəzərə alınsın, gərəkirsə, keçid balı aşağı salınsın...DİM-in 26 iyul imtahanı valideynlərlə yanaşı, plan yerləri boş qalan universitetləri də narazı salıb. Buna görə də həm valideynlər, həm də müəllimlər hesab edir ki, DİM ən azından qabiliyyət imtahanında yüksək nəticə göstərən abituriyentlərlə bağlı məsələni nəzərə almalı, lazım gələrsə bütövlükdə keçid balını aşağı salmalıdır. Əks təqdirdə, universitetlər tələbəsiz, minlərlə vətəndaş isə narazı qalacaq.Gundemxeber.comGeri qayıt |