Əsas Səhifə > Güney Press > Rusiya hücum etsə, döyüşməyəcəklər

Rusiya hücum etsə, döyüşməyəcəklər


Bu gün, 07:03

Avropa ölkələrinin vətəndaşları Rusiyanın mümkün işğalı halında öz ölkələrini müdafiə etmək istəmədiklərini bildiriblər. Lakin silahlı münaqişə həqiqətən başlayacağı təqdirdə bu əhval-ruhiyyə dəyişə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Tayms” nəşri məlumat yayıb.

Nəşr Böyük Britaniyada bu yaxınlarda keçirilən sorğunun nəticələrinə istinad edir.

"Sorğuda respondentlərin cəmi 6%-i ölkəyə hücum ediləcəyi təqdirdə onu müdafiə etmək üçün könüllü şəkildə silaha sarılacağını bildirib. Daha 14% respondent isə hökumət tərəfindən birbaşa səfərbər olunacağı təqdirdə hərbi xidmətə razı olacağını bildirib. Bu qədər aşağı göstəricilər mövcud beynəlxalq vəziyyət fonunda olduqca təəccüblü görünür", - deyə bildirilib.

Məqalə müəllifi istehza ilə yazır ki, əgər o, Rusiya Prezidenti Vladimir Putinin yerində olsaydı, artıq hərbi gəmiləri Dover (İngiltərənin liman şəhəri) sahillərinə düzmüş olardı.


Geri qayıt