Əsas Səhifə > Güney Press / Ana xəbər > Abutalıbovun oğlunun həbs xəbəri yalan çıxdı
Abutalıbovun oğlunun həbs xəbəri yalan çıxdı30-06-2014, 15:40 |
![]() Yerli mətbuatda Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun həbs olunması ilə bağlı məlumat yayılıb. Belə ki, axar.az saytında dərc olunan məlumata görə, İsrafil Abutalıbov Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin ötən həftə İçərişəhərdəki Aşurbəy (“Ləzgi məscidi”) məscidində keçirdikləri əməliyyatdan sonra saxlanılıb. Azvision.az Bakı merinin oğlunun həbs xəbəri barədə yeni məlumat əldə edib. İsrafil Abutalıbovun yaxın çevrəsindən sayta verilən açıqlamada mətbuatın yazdıqları tamamilə təkzib edilib. Adını açıqlamaqdan ehtiyat edən şəxs İ.Abutalıbovla yaxın əlaqədə olduğunu bildirərək bəzi mətləblərə aydınlıq gətirib. “İsrafil Abutalıbovla bir yerdə namaz qılırıq. Onunla çox gözəl əlaqələrimiz var. Yaxşı qardaşdır. İmkansızlara əl tutur, ehtiyacı olanlara kömək edir. Heç birimiz ondan pislik görməmişik. Onun haqda deyilənlər bizə pis təsir elədi. Vallahi, bunlar hamısı yalandır. Onu heç kim tutmayıb. Nə də ifadəsi alınmayıb. Hazırda Bakıdadır. Arada işləri ilə əlaqədar xaricə gedir. Heç bir əməliyyatda tutulmayıb. Bunlar sadəcə ona qarşı aparılan çirkin kampaniyadır. Ona qarşı niyə belə rəftar edirlər ki? Nə pis iş görür ki, Allaha ibadət edir də..”-deyə İ.Abutalıbovun yaxını bildirib. Geri qayıt |