Əsas Səhifə > Güney Press > Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndiBu gün, 17:01 |
|
Astara rayonunda məsciddə azyaşlılara dini dərnəklər təşkil edən şəxs müəyyən edilib. Teleqraf-ın xəbərinə görə, 1985-ci il təvəllüdlü şəxs rayonun Şahağacı məscidində azyaşlılara dini dərnək təşkil edib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsi ilə protokol tərtib edilib. Həmin şəxs izahatında göstərib ki, heç bir dərnək və dərs təşkil etməyib, uşaqlar yaxınlaşaraq ərəb hərfləri öyrənmək istədiklərini bildirib, o da bildiklərini onalara öyrətməyə çalışıb. Astara Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 1500 manat miqdarında cərimə olunub. Geri qayıt |