Əsas Səhifə > Güney Press > Yavaş yeni partiya quran Özələ zəng vurdu

Yavaş yeni partiya quran Özələ zəng vurdu


Bu gün, 12:17

Xəbər verdiyimiz kimi, Özgür Özəlin liderliyində 91 millət vəkili Türkiyədə aparıcı müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verərək YENİ Partiyanı yaradıblar.
Yeniavaz.com
xəbər verir ki, bundan sonra Türkiyə ictimaiyyətində ən böyük maraq yaradan mövzu CHP-nin əsas fiqurlarından Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) sədri Mansur Yavaşın məsələyə reaksiyası olub.
Türkiyə KİV yazır ki, ötən axşam M. Yavaş Ö. Özələ zəng edib. Bildirilir ki, o YENİ Partiyanın qurulması və Ö. Özəlin sədr seçilməsi münasibətilə təbriklərini çatdırıb.
“İnanıram ki, YENİ Partiya ölkəmizin demokratiyasına və milli iradənin gücləndirilməsinə əhəmiyyətli töhfələr verəcək. Xeyirli, uğurlu olmasını arzu edirəm”, - deyə M. Yavaş telefon danıışığı zamanı bildirib.
Qeyd edək ki, Yavaşın CHP-də qalacağı və ya istefa verərək Özəlin partiyasına qoşulacağı hələ bəlli deyil. Bildirilir ki, telefon danışığı zamanı da bu barədə hər hansı dialoq baş tutmayıb.


Geri qayıt