Əsas Səhifə > Güney Press > Tanınmış aktrisa KÖVRƏLDİ:
Tanınmış aktrisa KÖVRƏLDİ:Bu gün, 16:12 |
|
“Dedim, Siyavuş, yaxşı ki, məni çağırdın, sanki ölmüşdüm, məni diriltdin”. Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aktrisa, Əməkdar artist Kubra Əliyeva “Xəzər axşamı”nda deyib. Aktrisa ağır xəstəlik keçirməsindən və ona dəstək olan həmkarından danışıb: “Xəstəlik keçirdim, üzümdə şikəstlik əmələ gəldi. Allaha şükür etdim ki, insult əlimə-ayağıma dəymədi, üzümü vurdu. Ruh düşkünlüyü yarandı məndə. Düşündüm ki, belə vəziyyətdə necə tamaşa oynayacam. Evimi satıb, Bakıdan qaçdım. Kürdəxanıda torpaq alıb ev tikdim. 6 ay keçmişdi, Siyavuş Aslan mənə dedi, ay Kubra, gəl, mən sənsiz tamaşada oynaya bilmirəm. Onda da mən Elçinin “Ah, Paris, Paris!” tamaşasında Firəngizi, Siyavuş da mənim ərimi oynayırdı. Getdim teatra, səhnəyə çıxanda alqış səsləri zalı bürüdü. Kövrəldim. Tamaşa bitəndə Siyavuş çiynimi qucaqladı, dedi, Kubra, gördün xalq səni necə sevir. Dedim, Siyavuş, yaxşı ki, məni teatra çağırdın, tamaşaçımla görüşdüm, sanki ölmüşdüm, məni diriltdin. Allah ona rəhmət eləsin” Geri qayıt |