Əsas Səhifə > Güney Press > İrəvan Teatrının yeni direktoru kimdir?
İrəvan Teatrının yeni direktoru kimdir?Bu gün, 14:57 |
|
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyinatı olub. Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hacıbaba İsmayıl oğlu Məmmədov teatrın direktoru təyin edilib. Hacıbaba İsmayıl oğlu Məmmədov 1 iyun 1964-cü ildə Naxçıvan MR Culfa rayonu Xanağa kəndində anadan olub. 1982-1984-cü illərdə hərbi xidmətdə olub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun dram və kino aktyoru fakültəsinə daxil olub, 1989-cu ildə institutu bitirib. 1989-2000-ci illərdə “YUĞ” Teatrında aktyor, 2000-2002-ci illərdə Dövlət Pantomim Teatrında aktyor, 2003-2010-cu illərdə “Qanun” MMC-də mətbəə müdiri, 2010-2014-cü illərdə Bakı Uşaq Teatrında direktor müavini işləyib. Geri qayıt |