Əsas Səhifə > Güney Press > "Bətnimdəki Səs"

"Bətnimdəki Səs"


Bu gün, 14:52

"Bətnimdəki Səs" – iki fərqli talenin, iki dərin həyat hekayəsinin toplandığı kitab.
Bu kitabda sevgi, ayrılıq, qadının daxili mübarizəsi, cəmiyyətin yaratdığı görünməz sərhədlər və köhnə adət-ənənələrin insan taleyinə təsiri qələmə alınıb.
Bu, mənim ilk kitabımdır. Böyük nəşriyyatların və reklam büdcələrinin dəstəyi olmadan, yalnız qələmimə və oxucuların etimadına güvənərək ərsəyə gəlib.
Əgər fərqli talelərə, psixoloji dərinliyi olan əsərlərə marağınız varsa, "Bətnimdəki Səs" sizi düşündürəcək bir yol yoldaşı ola bilər.

ƏFSANƏ ZAMAN


Geri qayıt