Əsas Səhifə > Güney Press > Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib

Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib


Bu gün, 14:36

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Kulevi neft emalı zavodunun Avropa İttifaqının 21-ci sanksiya paketinə daxil edilməsi qərarından təəssüflənir.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə XİN-nin bəyanatında bildirilib.

Qeyd olunub ki, sanskiya paketinin hazırlanması prosesində Gürcüstan tərəfi Avropa Komissiyasına Kulevi NEZ-in sanksiyalar siyahısına daxil edilməsinin heç bir faktiki və ya hüquqi əsası olmadığını birmənalı şəkildə təsdiqləyən ətraflı məlumat və müvafiq sənədlər təqdim edib.

“Gürcüstan Avropa İttifaqı tərəfindən tətbiq edilən sanksiya rejimini, bu rejimin kontekstini tam nəzərə alır və Gürcüstan ərazisinin sanksiyalardan yayınmaq üçün istifadə edilməməsini təmin etmək üçün bütün tədbirləri görür. Bu istiqamətdə Avropa İttifaqı ilə əməkdaşlıq şəffaflıq və açıqlıq prinsiplərinə əsaslanır”, - bəyanatda qeyd edilib.

XİN Avropa Komissiyasının və Aİ-yə üzv dövlətlərin müvafiq qurumlarının ədalət prinsipini rəhbər tutacağına və göstərilən altı aylıq müddət ərzində qərarı yenidən nəzərdən keçirəcəklərinə ümidvarlıq ifadə edib.


Geri qayıt