Əsas Səhifə > Güney Press / Partiya > "Bizdə də belələri var, çox bəsit çevrədirlər..."

"Bizdə də belələri var, çox bəsit çevrədirlər..."


Bu gün, 07:05

"Aydında, Kuşadasındayıq, qaldığımız oteldə 80% yerli adamlardır, Türkiyənin müxtəlif yerlərindən gələn ailələrdir..." "DİA-AZ" xəbər verir ki, bunu hazırda Türkiyədə istirahətdə olan ReAL Partiyasının sədri Natiq Cəfərli özünün sosial şəbəkə hesabında qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Dünən bir CHP li ailə ilə yeməkdə bir masada oturmuşduq. Təbii, söz siyasətdən düşdü, adam əməkli məmurdur, dedi ki, niyə gəlirsiz Türkiyəyə, gəlməyin, istəyirəm ki, heç turist gəlməsin, qoyun iqtisadiyyat lap batsın, AKP kahr olsun.
Dadim ki, abi, CHP nin imkanlarının 10-15% i bizdə olsaydı (nə işlə məşğul olduğumuzu demişdim), Azərbaycanda hər seçkini udardıq, amma siz daxildə, öz partiyanızda belə normal iş qura bilmirsiz, indi də istəyirsiz ki, məmləkət batsın, bəlkə olda iqtidar dəyişə - belə siyasət, belə yanaşma olmaz. Məmləkət artıq tək sizin deyil, həm də bizimdi, Türkiyə batsa, hamıya, bütün reqiona pis olacaq.
Nə isə, aramız dəydi, sonra oteldə bir neçə dəfə qarşılaşsaq da, söhbət etmədi, aralı gəzdi.
Siyasətə belə baxan adamları anlamıram - "ölkəyə nə qədər pis olsa, bizə yaxşı olar", düşüncəsi çürükdür, xalqa hörmətsizlikdur.
Bizdə də belələri var, çox bəsit çevrədirlər..."

Geri qayıt