Əsas Səhifə > Güney Press > Azərbaycanda bu elektron pul təşkilatı üçün
Azərbaycanda bu elektron pul təşkilatı üçünBu gün, 17:24 |
|
Azərbaycanda fəaliyyət göstərmiş elektron pul təşkilatı “AZVVALLET” MMC (VÖEN: 1308923721) və ya “AzWallet” lisenziyasız qaldıqdan sonra ləğv olunmaq qərarına gəlib. Banker.az xəbər verir ki, bununla bağlı şirkətin elanında qeyd edilib. Şirkətin dərc etdiyi elana əsasən, kreditorlar iki ay ərzində tələblərini AZ1005, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 69 ünvanına təqdim edə bilərlər. “AZVVALLET” MMC 2024-cü ilin sentyabr ayında 750 min manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Azərbaycan Mərkəzi Bankı şirkətə 2025-ci il 9 aprel tarixində EPT-019 nömrəli elektron pul təşkilatı lisenziyası verib. Cəmi 12 ay sonra, 2026-cı il 13 may tarixində isə Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “AZVVALLET” MMC-nin elektron pul təşkilatı lisenziyası ləğv edilib. Tənzimləyicinin açıqlamasına görə, lisenziya şirkətin öz müraciəti əsasında, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun müvafiq maddəsinə uyğun olaraq ləğv olunub. 2026-cı ilin yanvarında Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.3 maddəsi üzrə nəzərdə tutulan ekvayrinq xidmətinin dayandırılması barədə “Azvvallet” MMC-yə icrası məcburi olan göstəriş verilmişdi. Qeyd edək ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna edilən dəyişikliklərlə elektron pul təşkilatlarının və ödəniş təşkilatlarının lisenziyalaşdırılması və nəzarəti üzrə səlahiyyətlər 2024-cü il 1 oktyabr tarixindən Azərbaycan Mərkəzi Bankının mandatına keçib. Hazırda 15 elektron pul təşkilaı lisenziya ilə fəaliyyətdədir. “AZVVALLET” MMC-dən başqa, Mərkəzi Bank indiyədək “Greentek Group” MMC, “Guavapay” MMC və “Paysis” MMC-nin də elektron pul təşkilatı lisenziyalarını ləğv edib. Geri qayıt |