Əsas Səhifə > Güney Press > Azərbaycanda da dəhşətli istilər olacaq?
Azərbaycanda da dəhşətli istilər olacaq?Bu gün, 16:01 |
|
Ölkə ərazisində müşahidə edilən isti hava şəraiti gündəlik həyata və əhalinin sağlamlığına təsir göstərir. Bu isə cəmiyyətdə təşvişə səbəb olub və daha kəskin istilərin olacağı ehtimalı narahatlıq yaradıb. Meteoroloqlar isə yaxın günlərdə də yüksək temperaturun davam edəcəyini bildirirlər. Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ekoloq Ənvər Əliyevin sözlərinə görə, havanın necə olacağını demək falçılıq kimidir. O bldirib ki, iyul-avqust ilin ən isti ayları hesab olunur: “Ölkələrin böyük əksəriyyətində belədir. Maksimum istilik də bu aylarda müşahidə edilir. Aran rayonlarında da 42 dərəcə istilik olub. Bundan narahat olmağa dəyməz. Sadəcə, günəş şüalarından qorunmaq tövsiyə edilir. Gərək duyulmadıqca isti günlərdə çölə çox çıxmamaq məsləhətdir. Çoxlu maye qəbulu, vitaminli qidalanmaq gərəklidir. Yaşlı insanlar, hamilə xanımlar, körpə uşaqlar evdə qalsalar, daha yaxşı olar”. Ekoloq qeyd edib ki, iki həftədən sonra isə axşamlar havalar daha sərin keçəcək: “Bunun üçün istilərdən narahat olmağa dəyməz. Qorxusu yoxdur. İsti ölkələr sırasındayıq. Maksimum istilik 39-40 dərəcə gözlənilir. Tarixdə çox zaman 40-45 dərəcə istiliklər belə müşahidə edilib. Əsas budur ki, havada quruluq olsun. Bəzən rütubət artır. Rütubətlə oksigenin həll olunması tərs mütənasibdir. Havanın rütubəti (nəmliyi) artdıqca, eyni həcmdə olan havada oksigenin miqdarı (konsentrasiyası) nisbətən azalır. Hava nə qədər quru olsa, istiliyin olması qorxulu olmaz. Oksigenin təmin olunması vacibdir. 1 faiz belə oksigen aşağı olarsa insanın 10 faizə qədər iş qabiliyyəti itə bilir”. Geri qayıt |