Əsas Səhifə > Güney Press > Əli Mirəliyev kimləri hədəf aldı?
Əli Mirəliyev kimləri hədəf aldı?Bu gün, 15:32 |
|
“Darıxmasınlar, onların da “halvası çalınır” yavaş-yavaş”. Bunu Yenicag.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. Xeyli vaxtdır televiziya ekranlarında görünməyən sənətçi qalmaqallı açıqlaması ilə şou-biznes gündəmini silkələyib: “5-6 nəfər müğənni var, çıxıb efirdə yekə-yekə sənətdən danışır, ona-buna məsləhət verirlər. Oxuya bilməyənləri tərifləyirlər, onlara “sənətkar” deyirlər. Səsi yoxdur, nə məcburdur onu bəh-bəhlə tərifləyirsən? Elə səsi olanı təriflə də… O tərif vuranların çoxu da xalq artistidir. Darıxmasınlar, onların da “halvası çalınır” yavaş-yavaş. Taxtdan düşən vaxtlarına çox qalmayıb, efirdən onlar da gedəcək. Vaxtilə xalq artistləri var idi, hamısı da sənətkar idilər. Hamı onlara hörmət edirdi. İndikilərə baxırsan, bəzilərinin heç sənətdən xəbərləri yoxdur”. Geri qayıt |