Əsas Səhifə > Güney Press > Ermənistanda "dedovşina":

Ermənistanda "dedovşina":


Bu gün, 15:30

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsinin əsgəri N.T.-nin intiharına səbəb olmaqda günahlandırılan 2 hərbçi həbs edilib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Xatırladaq ki, Ermənistan İstintaq Komitəsi 21 iyulda qeydə alınan Müdafiə Nazirliyinin hərbi hissəsinin hərbçisi N.T.-nin ölümü ilə bağlı cinayət işinin başlandığını bildirib. Lazımi istintaq və prosessual hərəkətlər həyata keçirilir.

ArmLur.am saytına daxil olan məlumata görə, hərbçi intihar həddinə çatdırılıb. İlkin məlumatlara görə, əsgər intihar etməzdən əvvəl döyülüb və hüquq-mühafizə orqanlarının əməkdaşları digər halları da aşkar ediblər.


Geri qayıt