Əsas Səhifə > Güney Press > Hövsan sakinləri boğaza yığılıblar:
Hövsan sakinləri boğaza yığılıblar:Bu gün, 11:49 |
|
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən MİDA-1 yaşayış kompleksinin sakinləri içməli suyun verilməsində ciddi problem yarandığını deyirlər. Bu barədə Oxu.Az-a müraciət edən sakinlər bildiriblər ki, kompleksə suyun verilişi dayanıb və bu vəziyyət iki gündür davam edir: "Yayın qızmar günlərində susuz qalmışıq. Gələndə də çirkli su olur. Boğaza yığılmışıq. Xəbərdarlıq etmədən suyu kəsiblər". İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, MİDA-1 yaşayış kompleksinin tullantı su nasos stansiyasında yaranan nasazlıqla bağlı müvəqqəti suyun verilməsi dayandırılıb: "Məsələ ilə bağlı sakinlərə bina rəhbərliyi tərəfindən məlumat verilib. Hazırda nasos stansiyasında təmir işləri görülür, qısa zamanda yekunlaşdırılacaq". Qeyd edək ki, məsələ ilə bağlı MİDA-ya da sorğu ünvanlanıb. Geri qayıt |