Əsas Səhifə > Güney Press > "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək

"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək


Bu gün, 09:46

"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın "Payde" komandası ilə üz-üzə gələcək.

"Report"un məlumatına görə, qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 20:00-da Pyarnu şəhərindəki "Rannastaadion"da start götürəcək.

Komandalar arasındakı ilk görüşü moldovalı referi Roman Jitari idarə edəcək.

Qeyd edək ki, cavab qarşılaşması iyulun 30-da baş tutacaq.


Geri qayıt