Əsas Səhifə > Güney Press > Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Azərbaycan neftinin qiyməti 100 dolları ötübBu gün, 09:45 |
|
İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,83 ABŞ dolları və ya 1,85 faiz artaraq bir barel üçün `100,56 ABŞ dolları təşkil edib. Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib. Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 1,88 dollar və ya 1,98 faiz bahalaşaraq 96,69 dollar olub. "URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,97 dollar və ya 3,23 faiz artaraq bir barel üçün 62,94 dollara çatıb. Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 1,98 dollar və ya 2,15 faiz artaraq bir barel üçün 94,17 dollara çatıb. Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb. Geri qayıt |