Əsas Səhifə > Güney Press > “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır

“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır


Bu gün, 18:17

“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı balansında olan fərdi yaşayış evini hərraca çıxaracaq.

"DİA-AZ" xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərfindən təşkil edilən hərrac 5 avqust 2026-cı il saat 10:00-da keçiriləcək.

Satışa çıxarılan əmlak Bakı şəhəri, Yasamal rayonu, Yamac küçəsi, 2-ci döngə, giriş 55 ünvanında (köhnə ünvan: Xarici Dairəvi yolu, 10, Korpus C, ev 18) yerləşən fərdi yaşayış evidir.

Evin torpaq sahəsi 0,0156 hektar, ümumi sahəsi isə 242,8 kvadratmetr təşkil edir. Əmlakın start qiyməti 1 milyon 170 min manat, hərracda iştirak üçün tələb olunan beh məbləği isə 5 850 manat müəyyənləşdirilib.

Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Qeyd edək ki, “Aqrarkredit” son dövrlərdə problemli kreditlər üzrə balansına keçmiş daşınmaz əmlakları mərhələli şəkildə açıq hərrac vasitəsilə satışa çıxarır. Bu hərraclar çərçivəsində fərdi yaşayış evləri, mənzillər, qeyri-yaşayış sahələri və digər daşınmaz əmlaklar bazara təqdim olunur.



Geri qayıt