Əsas Səhifə > Güney Press > "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir"

"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir"


Bu gün, 16:32

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdırmağa çalışsa da, üzv ölkələr arasında fikir ayrılığı güclənir.

Moderator.az xəbər verir ki, bu barədə "ft .com" nəşri yazıb.

Yeni paketin qəbulu çətinləşib

Nəşt yazır ki, Viktor Orbanın Macarıstanın baş naziri postundan getməsindən sonra proses asanlaşmayıb. Əksinə, indi ayrı-ayrı ölkələr öz iqtisadi maraqlarını açıq şəkildə müdafiə edirlər.

Yunanıstan Rusiya mayeləşdirilmiş təbii qazının üçüncü ölkələrə daşınmasına qadağaya qarşı çıxır. Avstriya "Raiffeisen Bank"ın Rusiyadakı aktivləri ilə bağlı məsələni qaldırıb. Bir sıra ölkələrin etirazından sonra Rusiya balığının idxalına məhdudiyyətlər və bəzi digər sanksiyalar da yumşaldılıb və ya layihədən çıxarılıb.

Brüssel xəbərdarlıq edir

Nəşr hesab edir ki, Aİ-nin vahid mövqedən geri çəkilməsi Moskvaya Avropanın sanksiya siyasətində yorğunluq yarandığı siqnalını verə bilər. Nəşr yazır ki, bu, Rusiyanı güzəştə getmək əvəzinə müharibəni davam etdirməyə və ya gərginliyi artırmağa sövq edə bilər.

Qəzet qeyd edir ki, Ukraynanın Rusiya neft emalı zavodlarına və logistikasına endirdiyi zərbələr Moskvanın iqtisadiyyatına əlavə təzyiq yaradır. Bununla yanaşı, Rusiya nefti dünya qiymətlərindən endirimlə satılır, inflyasiya və faiz dərəcələri artır, bank sektoru isə problemli kreditlərin artması ilə üzləşir.

Aİ ölkələrinin səfirləri yay tətilindən əvvəl 21-ci sanksiyalar paketini təsdiqləmək üçün növbəti dəfə danışıqlar aparacaqlar. Diplomatik mənbələr kompromisin mümkün olduğunu desələr də, bunun üçün əlavə güzəştlərin lazım gələcəyi bildirilir.


Geri qayıt