Əsas Səhifə > Güney Press > Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu

Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu


Bu gün, 16:01

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) deputat Narek Karapetyanın deputat toxunulmazlığının ləğv edilməsi barədə qərar qəbul edib.

Modern.az xəbər verir ki, bununla bağlı qərar MSK-nın iclasında qəbul olunub.

Məlumata görə, qərar hüquq-mühafizə orqanlarına deputat barəsində cinayət təqibini davam etdirmək imkanı yaradır.

Narek Karapetyanın vəkili Aram Vardevanyan bir gün əvvəl jurnalistlərə açıqlamasında bildirmişdi ki, deputatla bağlı cinayət işi "Güclü Ermənistan" hərəkatının tərəfdarı Aleksan Aleksanyana qarşı irəli sürülmüş ittihamla əlaqəlidir.

Cinayət işinin detalları və Narek Karapetyana qarşı irəli sürülən konkret ittihamlar hələlik açıqlanmayıb.

Narek Karapetyan "Güclü Ermənistan" blokunun lideri Samvel Karapetyanın qardaşı oğludur.


Geri qayıt