Əsas Səhifə > Güney Press > SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi:
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi:Bu gün, 11:58 |
|
Bu gün İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli "Cavan" qəzeti xarici işlər naziri Abbas Əraqçının son müsahibəsini tənqid edib. Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, qəzetin yazdığına görə ölkənin ali lideri Müctəba Xameneyinin mümkün hədəfə alınması ilə bağlı ssenarilər, həmin günün təfərrüatları və xarici işlər nazirinin Xamenei ilə əlaqə saxlamadığı barədə məlumatlar ictimai şəkildə və rahat tərzdə açıqlanmamalı idi. Nəşr əlavə edib: "Gələcək müsahibələrdə qalan tunellərin və hərbi bazaların ünvanlarını özünüzdə saxlayın və mühüm hadisələrin təfərrüatlarını təsvir edərkən daha təmkinli olun”. "Cavan" qəzeti vurğulayıb ki, milli təhlükəsizliyin, ictimai etimadın və xalqın maraqlarının qorunması medianın diqqəti və ya ictimai maraq naminə ikinci plana keçirilməməlidir. Geri qayıt |