Əsas Səhifə > Güney Press > Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxsBu gün, 11:41 |
|
Tanışını döyərək qətlə yetirməkdə təqsirləndirilən Habil Qonşəliyevin barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq. Xatırlatma: Hadisə 2024-cü il fevralın 4-də Sumqayıtda baş verib. Habil Qonşəliyev və Rüfət Abdullayev arasında mübahisə baş verib. Mübahisə nəticəsində Habil Qonşəliyev yumruq və təpiklə Rüfət Abdullayevə xəsarətlər yetirib. Rüfət Abdullayev aldığı xəsarətlərdən ölüb. Ona Cinayət Məcəlləsinin 120.2.11-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 235.4.3-cü (həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Habil Qonşəliyev 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib. Ali Məhkəmədə keçirilən prosesdə kassasiya şikayətinin geri götürüldüyü bildirilib. Geri qayıt |