Əsas Səhifə > Güney Press > Almaniya və Britaniya Ukraynaya dəstəyi davam etdirəcək
Almaniya və Britaniya Ukraynaya dəstəyi davam etdirəcəkBu gün, 06:23 |
|
Almaniya kansleri Fridrix Merts Böyük Britaniyanın yeni Baş naziri Endi Börnemlə telefon danışığı aparıb. Teleqraf xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib. Danışıq zamanı Merts Endi Börnemi Baş nazir vəzifəsinə başlaması münasibətilə təbrik edib. Tərəflər Almaniya ilə Böyük Britaniya arasında sıx əməkdaşlığın davam etdirilməsi və Kensi̇nqton sazişinin icrasının sürətləndirilməsi barədə razılığa gəliblər. Bildirilib ki, liderlər Ukraynaya genişmiqyaslı yardımın davam etdirilməsi məsələsində də ortaq mövqe nümayiş etdiriblər. Qeyd edək ki, Böyük Britaniyanın hakim Leyboristlər Partiyasının yeni lideri Endi Börnem iyulun 20-də Kral III Çarlzdan hökuməti formalaşdırmaq mandatı alaraq Baş nazir vəzifəsinin icrasına başlayıb. Bundan əvvəl monarx Kir Starmerin istefasını qəbul edib. Geri qayıt |