Əsas Səhifə > Güney Press > İkisi də ağlayaraq getdilər..
İkisi də ağlayaraq getdilər..Bu gün, 03:14 |
|
"Üzüsulu getmək lazımdır" deyəndə bu suyu nəzərdə tutmurduq. Təxmin edirdik, amma düşünmürdük ki belə olacaq.
İki böyük eqo, iki böyük istedad...
Ümid edirəm ki, birdəfəlik getdilər. Çünki hər keçən matç xatirimizə xoş məqamlarla yanaşı xoş olmayanları da əlavə edir, fikrimizdə canlandırdığımız ideallara kiçik məqamlarla xələl gəlirdi. Biz onları böyük futbolçular və böyük şəxsiyyətlər kimi yadda saxlamışıq.
Sonsuza qədər belə də qalmasını istəyirik.
Təşəkkürlər, Kriştiano!
Təşəkkürlər, Leo!
Sağ olun ki, var idiniz!
Müəllif: Kənan Məstəliyev - Mənbə: "DİA-AZ"
Geri qayıt |