Əsas Səhifə > Güney Press > Azərbaycanda məktəbli formaları pulsuz veriləcək?
Azərbaycanda məktəbli formaları pulsuz veriləcək?Dünən, 17:15 |
|
Bəs məktəbli formalarının dövlət tərəfindən təmin edilməsi nə dərəcədə real və məqsədəuyğundur?
Globalinfo.az-a danışan təhsil eksperti İlqar Orucov məktəbli formalarının gələcəkdə şagirdlərə dövlət hesabına verilməsi iqtisadi və sosial cəhətdən mümkün olduğunu bildirib:
“Dövlət ümumi təhsil müəssisələrində təxminən 1.6 milyon şagirdin təhsil aldığını nəzərə alsaq, bu islahat ilk mərhələdə sosial həssas qruplar (aztəminatlı, şəhid və qazi ailələri) və ya sürətlə böyüyən ibtidai sinif şagirdləri üçün tətbiq edilə bilər. Hər il pulsuz dərsliklərin paylanması təcrübəsi göstərir ki, dövlətin belə genişmiqyaslı sosial layihələri idarə etmək üçün logistik bazası mövcuddur. Milyonlarla formanın vahid dövlət sifarişi əsasında yerli tekstil fabriklərinə həvalə edilməsi istehsal həcmini artıraraq geyimlərin maya dəyərini xeyli ucuzlaşdırar, eyni zamanda ölkədə yeni iş yerlərinin açılmasına təkan verər”.
Ekspertin fikrincə, bu addım ailə büdcələrinin yükünü yüngülləşdirməklə bərabər, şagirdlər arasında tam sosial bərabərliyi təmin edərək təhsilin əlçatanlığı prinsipini gücləndirər:
“Nəticə etibarilə, Elm və Təhsil Nazirliyi ilə Maliyyə Nazirliyinin birgə hazırlayacağı uzunmüddətli dövlət proqramı sayəsində məktəbli formalarının pulsuz paylanması reallığa çevrilə bilər”.
Geri qayıt |