Əsas Səhifə > Güney Press > Klublarımız Avrokuboklarda rəqiblərini tanıyacaq
Klublarımız Avrokuboklarda rəqiblərini tanıyacaqDünən, 08:32 |
|
Bu gün UEFA-nın klub turnirlərində 3-cü təsnifat mərhələsinin püşkü atılacaq. “Qafqazinfo” xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında növbəti mərhələnin cütləri müəyyənləşəcək. Çempionlar Liqasında püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da, Avropa Liqasında saat 15:00-da, Konfrans Liqasında isə saat 16:00-da start götürəcək. Xatırladaq ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Sabah” Finlandiyanın KuPS klubu ilə 2-ci təsnifat mərhələsində qarşılaşacaq. Ağdamın “Qarabağ” komandası isə Avropa Liqasının eyni mərhələsində Bolqarıstan SSKA-sı ilə üz-üzə gələcək. Konfrans Liqasında çıxış edən “Zirə” Estoniyanın “Payde”, “Neftçi” isə Belarusun “Dinamo” (Minsk) klubu ilə görüşəcək. Geri qayıt |