Əsas Səhifə > Güney Press > Ərini davadan ayırmaq istəyən gənc qadın bıçaqlandı
Ərini davadan ayırmaq istəyən gənc qadın bıçaqlandıBu gün, 12:20 |
|
Şəmkirdə ərini əlbəyaxa davadan ayırmağa çalışan gənc qadın kəsici alətlə xəsarət alıb. "DİA-AZ" "Qafqazinfo"ya istinadən xəbər verir ki, insidentə küçədə uca səslə nalayiq ifadələr işlədilməsi səbəb olub. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs sərxoş halda küçədə söyüş söyüb. Bu zaman zərərçəkmiş qadının həyat yoldaşı həmin şəxsə yaxınlaşaraq iradını bildirib və tərəflər arasında əlbəyaxa dava başlayıb. Nəticədə spirtli içkinin təsiri altında olan şəxs, davaya müdaxilə edərək ərini ayırmaq istəyən 21 yaşlı S.O.-ya kəsici alətlə xəsarət yetirib. Hadisəni rayon sakini, 46 yaşlı A.İsmayılovun törətdiyi ehtimal olunur. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır. Geri qayıt |