Əsas Səhifə > Güney Press > SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb
SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıbBu gün, 06:27 |
|
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi obyektlərinə uğurlu zərbələr endirdiyini bəyan edib. Teleqraf xəbər verir ki, SEPAH-ın yaydığı məlumata görə, İranın pilotsuz uçuş aparatları Küveytdəki ABŞ hərbi obyektlərinə hücum edib. SEPAH bildirib ki, zərbələr nəticəsində Əl-Udeyri düşərgəsində yerləşən sursat anbarı, Əli Əl-Salem aviabazasındakı qərargah binası və mərmi anbarı, eləcə də bir neçə rabitə qovşağı hədəfə alınıb. SEPAH həmçinin İordaniyadakı ABŞ hərbi obyektlərinə də zərbələr endirildiyini iddia edib. Qurumun məlumatına görə, Əl-Əzraq aviabazasındakı yanacaq çənləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Qeyd olunur ki, Əl-Əzraq bazası yerləşməsi, infrastrukturu, hərbi texnikası və ABŞ tərəfindən yatırılan böyük investisiyalara görə regiondakı əsas Amerika hərbi obyektlərindən biri hesab olunur. SEPAH-ın açıqladığı məlumatlarla bağlı ABŞ və müttəfiq ölkələrin rəsmi qurumları tərəfindən hələlik təsdiq verilməyib. Geri qayıt |