Əsas Səhifə > Güney Press > “Biz İran üzərində güclü bir qələbə qazanırıq”

“Biz İran üzərində güclü bir qələbə qazanırıq”


Bu gün, 10:16

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ ordusu İrana böyük zərbə endirəcək və bu hərəkətlərin nəticələri tezliklə görünəcək.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə televiziya ilə xalqa müraciəti zamanı danışıb.
“Biz İran üzərində güclü bir qələbə qazanırıq. Onun nəticələri tezliklə görünəcək”, - deyə Tramp bildirib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ İrana qarşı zərbələri bərpa edib. Cümə axşamı İslam Respublikasına yenidən hücum edilib. Buşehr, Qeşm adası hərbi bazalarına, Hörmüz boğazı yaxınlığındakı Bəndər Abbas və Bəndər Xemir limanlarına zərbələr endirilib. Partlayışlar həmçinin ölkənin cənub-qərbindəki Əhvaz sənaye şəhərində və İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətindəki İranşəhr hava limanında da baş verib.
İran ordusu isə dünən gecə Bəhreyndə ABŞ hərbi bazasına hücum edib. Həmçinin Küveyt ordusu İranın hava hücumunu dəf etdiyini açıqlayıb.


Geri qayıt