Əsas Səhifə > Güney Press > "Qarabağ" son nöqtəni də gözəl qoydu...
"Qarabağ" son nöqtəni də gözəl qoydu...Bu gün, 06:42 |
|
"Qarabağ" son nöqtəni də gözəl qoydu.
Avrokubokdakı təmsilçilərimiz meydana çıxdıqları 6 matçın hamısında qələbə qazanaraq azarkeşləri sevindirdilər. Maksimum nəticə ölkə reytinqi üçün vacib faktordur və bu baxımdan yaxşı başlanğıc, yaxşı davamiyyət üçün təkan rolunu oynayacaq. Rəqiblər təbii ki, daha güclü olacaq, ancaq biz də zəif deyilik.
"Qarabağ" İslandiyaya uzun qol qət etmişdi. Ancaq ağdamlılar yol yorğunluğu, hava və saat fərqindən irəli gələn çətinliyini hiss etdirmədilər. Böyük təcrübəyə malik Qurban Qurbanovun yetirmələri cavab qarşılaşmasında da rəqibindən bir baş üstün futbol oynadılar. İslandiyalıların zəif olması "Qarabağ"ın ayrı-ayrı oyunçuların performansı barədə birmənalı fikir yürütməyə imkan vermir. Ona görə də bunu sonraya saxlayaq. "Köhlən atlar" 2-ci tur öncəsində yaxşı bir hazırlıq keçmək, özünü taktiki, texniki və fiziki cəhətdən sınamaq şansı əldə etdilər. Komanda müəyyən əyər-əskiklikləri çıxmaq şərtilə yaxşı vəziyyətdədir, mübarizəni ən azı qruplara qədər davam etdirmək gücündədir.
Təbriklər və uğurlar "Qarabağ"!
Ardı gəlsin!
Müəllif: Kənan Məstəliyev - Mənbə: "DİA-AZ"
Geri qayıt |