Əsas Səhifə > Güney Press > “İmişli”nin loqosu plagiatdır?
“İmişli”nin loqosu plagiatdır?Bu gün, 06:36 |
|
“İmişli” futbol klubunun bu gün təqdim olunan yeni loqosu müzakirələrə səbəb olub. Xitab24.az-ın məlumatına görə, bölgə təmsilçisinin ictimaiyyətə təqdim olunan loqosunun oxşar variantı da mövcud olub. Belə ki, 2021-ci ildə hazırda peşəkar fəaliyyətini davam etdirməyən Ukraynanın “Lvov” klubu loqosunu dəyişmək üçün müsabiqə elan edib.
“İmişli”nin loqosu plagiat olub-olmaması ilə bağlı suala cavab axtararkən aydın olur ki, təqdim etdiyimiz hər iki loqoda qalxan forması eynidir. Bundan başqa, tünd göy və qızılı rəng kombinasiyası da dəyişməyib. Loqodakı heyvan başı eyni istiqamətə baxır və ümumi kompozisiya çox oxşardır. Klub adının yuxarı hissədə yerləşdirilməsi və PFK yazısının mövqeyi də eyni dizayn konsepsiyasını xatırladır. Ümumi nəticəyə görə, iki loqo arasında aydın dizayn bənzərliyi var və bu, plagiat iddiasının irəli sürülməsinə əsas verə bilər. Geri qayıt |