Əsas Səhifə > Güney Press > Ermənistanda partiya sədrinə məxsus əmlak İrəvan bələdiyyəsinə verilib

Ermənistanda partiya sədrinə məxsus əmlak İrəvan bələdiyyəsinə verilib


Bu gün, 16:09

Qaqik Tsarukyana məxsus "Multi Wellness" binası İrəvan bələdiyyəsinə verilib.

Teleqraf xəbər verir ki, bu barədə Yerevan meri Tiqran Avinyan "Factor.am"a verdiyi müsahibədə məlumatı təsdiqləyib.

"Bina icma torpağında tikilib, qanun pozuntuları olub, tərəflərdən biri olan İrəvan Bələdiyyəsi müqaviləni ləğv edib və bina tamamilə bələdiyyəyə verilib", - deyə o bildirib.

Avinyan qeyd edib ki, yaxın gələcəkdə bu barədə açıqlama verəcəklər.

"Orada təlim keçənlərin hüquqları qorunmalıdır. Düşünürəm ki, müəyyən sosial komponentlər nəzərə alınmaqla, o, təlim mərkəzi kimi fəaliyyətini davam etdirəcək", - deyə Avinyan bildirib.


Geri qayıt