Əsas Səhifə > Güney Press > "Çiçəklənən Ermənistan"ın lideri Tsarukyanın zavodu dövlətin idarəçiliyinə verilib
"Çiçəklənən Ermənistan"ın lideri Tsarukyanın zavodu dövlətin idarəçiliyinə verilibBu gün, 13:48 |
|
Ermənistanda "Çiçəklənən Ermənistan"ın lideri Qaqik Tsarukyana məxsus olan "Araratsement" müəssisəsi dövlətin idarəçiliyinə və mühafizəsinə verilib. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məhkəmə Tsarukyan və onunla əlaqəli şəxslər tərəfindən qanunsuz yolla əldə edilmiş əmlakla bağlı icraat çərçivəsində Baş Prokurorluğun təqdim etdiyi müvafiq vəsatəti təmin edib. Bundan əlavə, iddiaya əsasən, Baş Prokurorluq Tsarukyandan 57-si İrəvanda yerləşən 75 daşınmaz əmlak vahidinin müsadirə olunmasını, 42 nəqliyyat vasitəsinin, o cümlədən "Multi Qrup" konsernində, "Multi Avtotrans" MMC, "Onira klab" və s.-də olmaqla 38 şirkətdəki payların alınmasını tələb edir. Həmçinin təqribən 106 milyard dramın (286 milyon dollar) tutulması tələb olunur. Geri qayıt |