Əsas Səhifə > Güney Press > Dərmanları rütubət içində saxlayıblar
Dərmanları rütubət içində saxlayıblarBu gün, 10:32 |
|
Əczaçılıq sahəsində əsas fəaliyyət göstərən “Buta Farm” şirkəti inzibati qaydada cərimələnib. Xitab24.az-ın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi şirkət barədə protokol tərtib edib. Belə ki, şirkətə məxsus aptekdə aparılan yoxlama zamanı divar və döşəmənin rütubətdən pozularaq yararsız hala düşdüyü, dərman vasitələrinin saxlanma şəraitinin pozulması faktları aşkarlanıb. İş materiallarında olan fotoşəkillərdən sübut olunub ki, dərman vasitələri 8-15 dərəcə temperaturda saxlanılmalı olsa da, otağın temperaturu 23.2 dərəcə təşkil edib. İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinin tələblərini pozan “Buta Farm” MMC Xətai Rayon Məhkəməsi tərəfindən cərimələnib. Geri qayıt |