Əsas Səhifə > Güney Press > "Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq
"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxacaqBu gün, 10:04 |
|
"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq. Axar.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın "Vestri" komandasının qonağı olacaq. Qarşılaşma iyulun 16-dan 17-nə keçən gecə Reykyavikdəki "Torfnesvöllur" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü çexiyalı FIFA referisi Marek Radina idarə edəcək. Bakıdakı ilk matçda "köhlən atlar" 3 cavabsız qolla qalib gəlib. Xatırladaq ki, "Qarabağ" "Vestri" səddini keçəcəyi halda növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) – "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Geri qayıt |