Əsas Səhifə > Güney Press > Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq
Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaqBu gün, 17:08 |
|
Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçiriləcək. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 16-17 iyulda Moskvada rəsmi səfərdə olacaq. Zaxarova Ceyhun Bayramovla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında danışıqların keçiriləcəyini vurğulayıb. O qeyd edib ki, danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunacaq. Geri qayıt |