Əsas Səhifə > Güney Press > “Xalq Bank” 2026-cı ilin ilk yarısını ciddi AZALMALARLA başa vurub

“Xalq Bank” 2026-cı ilin ilk yarısını ciddi AZALMALARLA başa vurub


Bu gün, 14:26

“Xalq Bank” 2026-cı ilin ilk yarısına olan hesabatını açıqlayıb. Hesabata görə bankın xalis mənfəəti 13 milyon 489 min manat olub ki, bu da ötən ilin ilk yarısı ilə 13 milyon 133 min manat və ya 49.3 faiz azdır.

Kommersant.az xəbər verir ki, “Xalq Bank”ın açıqladığı hesabata görə bankın cəmi aktivlərini 352 milyon 193 min manat və ya 11 faiz azalıb. Bu azalmada əsas pay Nastro hesabların üzərinə düşüb. Bankın bu hesabı ötən ilin sonu ilə müqayisədə 369 milyon 565 min mant və ya 74.6 faiz azalaraq 125 milyon 377 min manata düşüb. Eyni zamanda “Xalq Bank”ın müştərilərinə verdiyi xalis kreditlər 6 ay əzrində 72 milyon 181 min manat kiçilib.

“Xalq Bank”ın fiziki şəxslərdən əldə etdiyi depozitlər bu ilin ilk yarısında 96 milyon 901 min manat və ya 11.6 faiz azalaraq 738 milyon 23 min manata, hüquqi şəxslərdən topladığı əmanətlər isə 123 milyon 584 min manat kiçilərək 962 milyon 756 min manata düşüb. Nəticədə bankın depozit portfeli 1 milyard 700 milyon 780 min manat olub ki, bu da ötən ilin yekunu ilə müqayisədə 220 milyon 484 min manat və ya 11.5 faiz azdır. Bu azalmalar bankın öhdəliklər cəminə də mənfi təsir göstərib. “Xalq Bank”ın cəmi öhdəlikləri ötən ilin sonu ilə müqayisədə 333 milyon 321 min manat və ya 12.6 faiz azalıb.

Xalq Bank

2026 (II Rüb)

2025 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

2.832.273

3.184.466

-352.193

"Nostro" hesabları

125.377

494.942

-369.565

Kreditlər

1.776.755

1.847.435

-70.680

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

46.482

44.979

1.503

Xalis Kreditlər

1.730.274

1.802.455

-72.181

Cəmi Öhdəliklər

2.308.693

2.642.014

-333.321

Depozit

1.700.780

1.921.264

-220.484

Fiziki şəxslərin Depozitləri

738.023

834.924

-96.901

Hüquqi şəxslərin Depozitləri

962.756

1.086.340

-123.584

Cəmi Kapital

523.579

542.451

-18.872

Ümumi ehtiyat

24.077

25.969

-1.892

“Xalq Bank”ın faiz gəliri 1 milyon 318 min manat artaraq 102 milyon 919 min manata, faiz xərcləri isə 4 milyon 827 min manat artaraq 39 milyon 778 min manata yüksəlib. Yekunda bank 63 milyon 140 min manat xalis faiz gəliri əldə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 509 min manat azdır.

Qeyri faiz gəlirini 8 milyon 273 min manat artıraraq 18 milyon 141 min manata, qeyri-faiz xərclərini isə 9 milyon 990 min manat artıraraq 59 milyon 949 manata yüksəldən “Xalq Bank”ın əməliyyat mənfəətində kəskin azalma olub. Belə ki, bankın sözügedən mənfəəti ötən ilin ilk yarısı ilə müqayisədə 21 milyon 772 min manat və ya 50.5 faiz azalaraq 21 milyon 332 min manata düşüb.

“Xalq Bank”ın xalis mənfəəti 13 milyon 133 min manat və ya 49.3 faiz azalaraq 13 milyon 489 min manata düşüb.

Xalq Bank

2026 (II Rüb)

2025 (II Rüb)

Fərq

Faiz Gəliri

102.919

101.601

1.318

Faiz Xərci

39.778

34.951

4.827

Xalis Faiz Gəliri/Zərəri

63.140

66.649

-3.509

Qeyri-Faiz Gəliri

18.141

26.414

8.273

Qeyri-Faiz Xərci

59.949

49.959

9.990

Əməliyyat Mənfəəti (Zərəri)

21.332

43.104

-21.772

Xalis Mənfəət (Zərər)

13.489

26.622

-13.133


Geri qayıt